Bakıda qadın kişini bıçaqladı

bakida-qadin-kisini-bicaqladi
Oxunma sayı: 2016

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə avqustun 27-də baş verib.

Bakı şəhər sakini Vüsal Səbzəliyev bıçaqlanıb. O, xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Lalə Musayeva tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.