Bakıda polis maşını piyadanı vuraraq öldürdü

bakida-polis-masini-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 2358

Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun məlumatına görə, Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya bildirilib ki, Çevik Polis Alayına məxsus “Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı RPİ-də araşdırma aparılır.