Bakıda mikroavtobus aşıb - Ölən var

bakida-mikroavtobus-asib
Oxunma sayı: 4857

Lökbatanda qəza baş verib.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikroavtobus isə aşıb.

Nəticədə A.Hüseynovun sərnişinlərindən Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb, özünə və digər 1 sərnişininə, habelə M.Mustafayevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.