Bakıda mənzildən 20 minlik qızıl oğurlandı

bakida-menzilden-20-minlik-qizil-ogurlandi
Oxunma sayı: 953

Bakı şəhəri, Qaradağ rayonunda mənzildən oğurluq olub.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Samin Cabbarova məxsus mənzildən pəncərəni açmaqla 900 ABŞ dolları, 200 manat, 20 min manat dəyərində qızıl-zinət əşyaları və planşet oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.