Bakıda maşın Türkiyə vətəndaşını vurub öldürdü

bakida-masin-turkiye-vetendasini-vurub-oldurdu
Oxunma sayı: 2000

Bakıda Türkiyə vətəndaşı avtomobillə vurulub.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 25-də saat 21 radələrində Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Tural İsgəndərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Əziz Özgür Acımışı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.