Bakıda işıqfor işləmədi, 4 maşın toqquşdu - 4 yaralı+Fotolar

bakida-isiqfor-islemedi-4-masin-toqqusdu-
Oxunma sayı: 2042

Bakıda ağır zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib.

İki küçənin kəsişməsində “Jeep”, VAZ-2107 və iki “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, ora qəza zamanı xəsarət alan iki nəfər aparılıb. Bunlar Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevdir. Digər iki yaralı isə özəl xəstəxanalara aparılıb.

İlkin məlumata görə, qəzaya Əhməd Rəcəbli küçəsindəki işıqforun işləməməsi və sürücülərin buna əhəmiyyət verməməsi səbəb olub. İşıqforun Bakıya yağan və fəsadlar yaradan güclü yağışdan sonra işləmədiyi bildirilir.

Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin hadisə yerində müayinələr aparan inspektoru Emin Əmrahov deyib ki, işıqfordakı problem hava şəraiti ilə əlaqədar yaranıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.