Bakıda bütün taksi qiymətləri eyni olacaq - Video

bakida-butun-taksi-qiymetleri-eyni-olacaq-
Oxunma sayı: 1986

Şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək. Əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilən qiymətlərlə bağlı yaşanan xaosdur.

Qafqazinfo”nun məlmatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahverdiya xezerxeber-ə bildirib ki, müraciət qəbul edildikdən sonra qanuni şəkildə fəaliyyət göstərən fərdi taksilərdə qiymətlər xüsusi qaydalarla tənzimlənəcək.

Qiymətlərin tənzimlənməsi taksilərə fərqlənmə nişanları verildikdən sonra həyata keçiriləcək. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı alması iki ay ərzində yekunlaşacaq.