Bakıda binada yanğın oldu

bakida-binada-yangin-oldu
Oxunma sayı: 901

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən binada yanğın olub.

Qafqazinfo” xəbər verir ki, FHN-nin yaydığı məlumata görə, yanğın beşmərtəbəli binanın damında quraşdırılmış havalandırma qurğusunun mühərrikində baş verib. Yanğın zamanı binadan 8 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Binanın damında yerləşən digər qurğular yanğından mühafizə olunub.