Bakıda bədbəxt hadisə

bakida-bedbext-hadise
Oxunma sayı: 3417

Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb.

O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.