Bakıda 2 qadını maşın vurub öldürüb

bakida-2-qadini-masin-vurub-oldurub
Oxunma sayı: 1341

Xəzər rayonunun Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, yanvarın 20-də saat 19 radələrində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Daha bir qəza Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Axşam 20 radələrində Namiq Ələsgərov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub və piyada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.