Bakıda 19 yaşlı qız bıçaqlandı - Vəziyyəti ağırdır

bakida-19-yasli-qiz-bicaqlandi-
Oxunma sayı: 3359

Bakının Sabunçu rayonunda 19 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Ş.Kamilov küçəsi ev 5 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Mirfatimə Quliyeva qarın nahiyəsindən aldığı dörd bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub, vəziyyəti ağırdır.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.