Bakıda 17 yaşlı gənc itkin düşüb - Foto

bakida-17-yasli-genc-itkin-dusub
Oxunma sayı: 1924

Bakı şəhərində 17 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 14 dekabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Elxan İxtiyar oğlu Musayev bu il iyunun 24-də saat 14:00-15:00 radələrində evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Elxan Musayevi görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 012-561-02-02 nömrəli şəhər, (055) 215-66-25, (055) 390-87-87 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.