Bakı-Şamaxı yolunda maşın yandı

baki-samaxi-yolunda-masin-yandi
Oxunma sayı: 1153

Axşam saatlarında Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində avtomobil yanıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qobustan rayonu ərazisində baş verən yanğın zamanı vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 20:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.