Bakı sakini sevgilisini axtarır

baki-sakini-sevgilisini-axtarir-
Oxunma sayı: 3221

Bakı sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, 34-cü Polis Bölməsinə gələrək ərizə yazan Qasımov Talıb Asif oğlu bildirib ki, onunla birgə kirayə tutduğu evdə yaşayan 1991-ci il təvəllüdlü Hətəmova Nəsibə Məmmədhəsən qızı 3 gün əvvəl mənzildən çıxıb. Həmin vaxtdan sonra 25 yaşlı qızla əlaqə saxlamaq, ondan xəbər tutmaq mümkün olmayıb.

T.Qasımov itkin düşən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.