“AzəriLayt”ın qiyməti 50 dollardan yuxarıdır

azerilaytin-qiymeti-50-dollardan-yuxaridir
Oxunma sayı: 838

Neftin qiymətlərində artım müşahidə olunur.

QafqazinfoAnspress-ə istinadən xəbər verir ki, "Layt" markalı xam neftin qiyməti yüksəlib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 48.56 dollar olub.

İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də bahalaşaraq 50.02 dollarda qərarlaşıb.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 2,40 dollar bahalaşaraq 50,98 dollar təşkil edib.

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. Qızılın bir qramının qiyməti 30 sent bahalaşaraq 42.76 dollar olub. Platinin bir qramı 33.06 dollar, palladiumun qramı 19.29 dollar təşkil edib. Gümüşün qiyməti də qalxıb, qramı 60 sentə satılıb.