Azərbaycanlı məşqçi zorakılığa görə qovuldu

azerbaycanli-mesqci-zorakiliga-gore-qovuldu
Oxunma sayı: 1388

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Nikolay Adam və onun azərbaycanlı köməkçisi Etibar İbrahimovun Hindistanın U-17 yığmasından istefaya göndərilməsi rəsmən öz təsdini tapıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Hindistan Futbol Federasiyasının rəsmi saytı məlumat verib. Buna komandanın uğursuz çıxışı səbəb olub. Komandanın FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutması məşqçilər korpusuna baha başa gəlib.

Bundan başqa hər iki mütəxəssis əleyhinə futbolçular şikayət ərizəsi yazıblar. Onlar komanda üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunublar.