Azərbaycanlı 3 qat dünya çempionu öldü - Fotolar

azerbaycanli-3-qat-dunya-cempionu-oldu
Oxunma sayı: 9565

Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionumuz Zərdüşt Həsrətov dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, 22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

Z. Həsrətovun yaxınlarının verdiyi məlumata görə, idmançı ürəkçatışmazlığından həyatını itirib.