Azərbaycanda uşaq qarpızdan zəhərlənib öldü

azerbaycanda-usaq-qarpizdan-zeherlenib-oldu
Oxunma sayı: 2696

İyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qidadan zəhərlənib.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, uşaq qarpızdan zəhərlənərək xəstəxanaya gətirilib və orada ölüb.

Daha bir nəfər isə dərmandan zəhərlənib. Belə ki, iyulun 24-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Elnur Hümbətov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. 

Araşdırma aparılır.