Azərbaycanda tələbə imtahandan sonra öldü

azerbaycanda-telebe-imtahandan-sonra-oldu
Oxunma sayı: 3340

Bu gün Gəncə Dövlət Universitetində baş vermiş tələbə ölümünün səbəbi müəyyənləşib.

Qafqazinfo”nun məlumatına görə, universitetdən Lent.az-a bildirilib ki, Pedoqoji fakültənin magistratura mərhələsinin tələbəsi, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəim oğlu imtahandan çıxandan sonra özünü pis hiss edib. O, yazılı imtahanda iştirak edib və daha sonra fakültənin dəhlizində müvazinətini itirərək yıxılıb. Dərhəl təcili yardıma müraciət edilib. O, xəstəxanaya aparılıb. Lakin artıq gec olub.

Universitetdən bildirilib ki, İ.Həşimli epilepsiya tutması keçirib. İmtahana gəlincə, o, bu gün yazılı imtahanda iştirak edib. Universitetdə müsbət xarakterli tələbə kimi xarakterizə olunan İbrahimin kəsiri olmayıb.