Azərbaycanda 81 yaşlı qadın özünü öldürdü

azerbaycanda-81-yasli-qadin-ozunu-oldurdu
Oxunma sayı: 1756

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Yaşlı qadın sirkə turşusu içib.

“Qafqazinfo” xəbər verir ki, Ağcabədi rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Səməd Vurğun küçəsindəki mənzillərdən birində qeydə alınıb. Həmin küçədəki mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Sevil Musa qızı Babayeva gecə saatlarında sirkə turşusu içib. Vəziyyətdən xəbərdar olan ailə üzvləri 81 yaşlı qadını dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Vəziyyəti ağır olan Sevil Babayevaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Onun intihar səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəstəxanada dünyasını dəyişən qadın qızı ilə yaşayırmış.