Azərbaycanda 2 günə qəzalarda - 7 adam ölüb

azerbaycanda-2-gune-qezalarda-
Oxunma sayı: 1364

Azərbaycanda 2 gündə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

İyunun 26-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.