Avtobusdan düşəndə sürüşdü, öldü

avtobusdan-dusende-surusdu-oldu
Oxunma sayı: 3162

Ağdaş şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 21-də saat 19 radələrində Ağdaş şəhərində şəhər sakini Tofiq Lətifov həmyerlisi Eşqin Xəlilovun idarə etdiyi “Shaolin” markalı sərnişin avtobusundan düşərkən ayağı sürüşərək yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş T.Lətifov orada ölüb. Araşdırma aparılır.

Murad Əhməd