Avropa İttifaqı Qarabağ problemi üçün maliyyə vəsaiti söz verdi

avropa-ittifaqi-qarabag-problemi-ucun-maliyye-vesaiti-soz-verdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Avropa İttifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule Ermənistan radiosuna müsahibəsində deyib: “Biz hazırda münaqişə tərəfləri arasında inamın möhkəmləndirilməsi üçün daha çox vasitələrdən istifadə edirik. Bu istər Pridnestrovye olsun, istərsə də Dağlıq Qarabağ. Bu yalnız ilk addımdır. Brussel daha çox şey edə bilər, çünki Aİ-nın xarici siyasət şöbəsinin imkanları genişlənib, problemin həll edilməsi arzusu və hazırlığı isə artıb”.

Bununla yanaşı, Fyule ATƏT-in Minsk qrupunun formatında dəyişikliyin müzakirə edilmədiyini vurğulayıb: “Fikirləşmirəm ki, bizim Minsk qrupunun bu və ya digər üzvünü əvəzləyə bilərik. Hazırki mərhələdə münaqişə tərəfi və MQ-u Aİ-nın bu məsələyə daha çox cəlb olunmasına şərait yaratmalıdır”.

Səidə