ATƏT-in həmsədrləri görüşəcək - Qarabağa görə

atet-in-hemsedrleri-gorusecek
Oxunma sayı: 1471

“Yaxın günlərdə ATƏT-in həmsədrlərinin Dağlıq Qarabağla bağlı görüşü planlaşdırılır”.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu iş belə yüksək diqqət tələb etdiyindən görüşü planlaşdırırıq. Yəqin ki, tezliklə təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, - deyə XİN başçısı söyləyib.