At oğruları tutuldu

at-ogrulari-tutuldu
Oxunma sayı: 1136

Ağdam rayon sakini İsbəndiyar Əhmədova məxsus atları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

QafqazinfoDaxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 26-da Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl rayon sakini İ.Əhmədova məxsus 2 rəst atı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakinləri Xəlil Həziyev, Nicat Həsənov və Ozal Hüseynov saxlanılıb.