Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının ölümünü sifariş verməkdə təqsirləndirilən Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilin prosesdə hökm oxunub.
Hökmə əsasən, Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun hər ikisi 16 il azadlıqda məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında baş verib. Rüstəm Rzayev arvadı Sevil Rzayeva ilə boşanmaq üçün məhkəməyə müraciət edib. S.Rzayeva həyat yoldaşından əmlakın yarısını tələb edib. R.Rzayev qazancını arvadı ilə bölmək istəmədiyi üçün onu öldürtmək qərarına gəlib. Bunun üçün Elşad Həsənovla razılaşıb və ona arvadını öldürməsi qarşılığında 2 min manat ödəyib. E.Həsənov da S.Rzayevanı qaldığı mənzildə qətlə yetirib.
Xatırladaq ki, Rüstəm Rzayev iş adamıdır. Bakıda bir neçə obyekti var.