“Aprel şəhidləri”nin ailələri Avropa Məhkəməsinə müraciət etdi

aprel-sehidlerinin-aileleri-avropa-mehkemesine-muraciet-etdi
Oxunma sayı: 6120

2016-cı il aprel ayında Azərbaycan və Ermənistan arasında cəbhə xəttində baş verən şiddətli atışmalar nəticəsində şəhid olan azərbaycanlı əsgərlərin ailələri Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Fariz Namazlı məlumat verib. F.Namazlı bildirib ki, 5 şəxs ərizə ilə müraciət edərək Ermənistana qarşı şikayətdə Konvensiyanın 3, 8, 13 və 14-cü maddələrinin pozuntusunun tanınmasını xahiş ediblər: “Onlar qohumları olan əsgərlərin döyüşlər zamanı erməni silahlı qüvvələri tərəfindən öldürülməsi, meyitlərin gec qaytarılması, şəhidlərin bədən üzvlərinin bir hissəsinin olmamasından şikayət ediblər”.

Vəkil qeyd edib ki, erməni əsgərlərin yaxınları da eyni məzmunlu şikayət məktubu ünvanlayıblar. Onlar döyüşlərin Azərbaycan ilə Dağlıq Qarabağ arasında getdiyini iddia ediblər.

Murad Əhməd