Antiradarlar istifadə edənlərin nəzərinə - Video

antiradarlar-istifade-edenlerin-nezerine
Oxunma sayı: 3567

Biri radara sürəti ölçməyə mane olur, digəri isə yolda radar olub-olmadığını göstərir. Söhbət antiradar və radar detektorlarından gedir.

Hər iki cihaz qanunla qadağan olunub. Antiradar və radar detektorlarından istifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin sözlərinə görə, antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib.

Radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Qafqazinfo” xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: