Ana və körpəsi doğuşda öldü - Ağcabədidə faciə

ana-ve-korpesi-dogusda-oldu
Oxunma sayı: 1961

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.