Ana 8 aylıq körpəsi ilə yoxa çıxdı - Masallıda

ana-8-ayliq-korpesi-ile-yoxa-cixdi
Oxunma sayı: 2126

Masallı rayonunda ana və körpəsi itkin düşüb.

"Qafqazinfo" lent.az-a istinadən xəbər Hüseynhacılı kənd sakini Quliyeva Ramilə Yusif qızı noyabrın 13-də gecə saatlarında qızı, 8 aylıq Zarina ilə evdən çıxaraq naməlum istiqamətə gedib.

Həmin vaxtdan etibarən R.Quliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.

Yaxınları R.Quliyevanın və körpəsinin xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri davam etdirilir.