Ağstafada faciəvi hadisə - Döyüş sursatı partladı, iki əlindən oldu

agstafada-facievi-hadise
Oxunma sayı: 1965

Ağstafa rayon sakini döyüş sursatının partlaması nəticəsində ağır yaralanıb.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb.

Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib.

Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub.

İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib.

Faktla bağlı araşdırma aparılır.