600 min nəfər çarəsiz durumda

600-min-nefer-caresiz-durumda
Oxunma sayı: 1210

İraqın Mosul şəhərində kabus yaşanır.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Amerika dəstəkli İraq ordusunun şəhəri İŞİD-dən azad etmək üçün keçirdiyi əməliyyatlarda 600 min mülki vətəndaş çarəsiz vəziyyətdə qalıb. Onlar şəhəri tərk etməyə hazırlaşırlar. Kənddə qalanlar isə aclıq, susuzluq içində olmaqla yanaşı hər an ölüm riski altındadırlar.

BMT-nin qaçqınlar üçün komissarlığı onlara sığınanların sayının 157 min nəfər olduğunu açıqlayıb. Mosul kişiləri İŞİD-dən qaçarkən öldürülür, qadınlar isə soyuqda qalmaqla cəzalandırılır.

Qeyd edək ki, terror təşkilatı olan İŞİD şəhərin qərb hissəsinin 40 faizini ələ keçirib.