5 yaşlı uşağın faciəvi ölümü

5-yasli-usagin-facievi-olumu
Oxunma sayı: 1839

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Sahib Namazov idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2011-ci il təvəllüdlü Bünyamin Elnur oğlu Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan 5 yaşlı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.