45 yaşlı kişi kürəyindən bıçaqlandı

45-yasli-kisi-kureyinden-bicaqlandi
Oxunma sayı: 1237

Tovuz sakini bıçaqlanıb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Aşağı Öysüzlü kənd sakini, 1971-ci il təvəllüdlü Azər Abbasov kürək nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə A. Abbasov mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.