“4 övladımın hamısı bir kişidəndir...” - Sədaqət Dadaşova

4-ovladimin-hamisi-bir-kisidendir
Oxunma sayı: 12765

“Zuhal Topalla izdivaç” evlilik verilişində aktrisa Sədaqət Dadaşova üçün yeni bəy namizədi gəlib.

“Qafqazinfo”nun məlumatına görə, aparıcı Zühal Topal aktrisa üçün Murad bəyin namizəd olduğu açıqlayıb.

Hər iki namizəd salamlaşıb, tanış olmağa çalışıblar.

Murad bəy İstanbulda yaşadığını, iki övladının olduğunu qeyd edib.

Sədaqət xanım isə Türkiyə türkcəsini yaxşı bilmədiyini söyləyib.

İştirakçı bir neçə gün əvvəl evli kişidən övlad dünyaya gətirməsi məsələsinə aydınlıq gətirib:

“Türk dilini yaxşı bilmədiyim üçün dediklərim yanlış anlaşılır. Hamıya demək istəyirəm ki, 4 övladımın hamısı bir ata-anadandır. Bu məsələdən sonra Azərbaycanda çox qarışıqlıq yarandı. Çalışacam ki, türk dilini yaxşı öyrənim”.

Görüşün sonunda Sədaqət Dadaşova Murad bəyi çay süfrəsinə dəvət edib.

Qeyd edək ki, Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama verib.

O bildirib ki, evli olan kişidən bir uşaq dünyaya gətirib:

“Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”.