20 milyon dollar hərraca niyə çıxarıldı?

20-milyon-dollar-herraca-niye-cixarildi
Oxunma sayı: 2845

Artıq ikinci dəfədir ki, Mərkəzi Bank hərraca əlavə dollar kütləsi çıxarır.

Qafqazinfo” Fins.az-a istinadən xəbər verir ki, dünən keçirilən hərraca Neft Fondunun çıxartdığı 35 milyon dollardan əlavə olaraq 20 milyon dollar da buraxılıb. Səbəb isə bankların dollara olan ehtiyaclarının yüksək olması göstərilir.

Sayt yazır ki, bu, kursun stabilliyini qorumaq üçün həyata keçirilir. Hesab olunur ki, əlavə 20 milyonu hərraca Mərkəzi Bank çıxartmır. Çünki bu onun valyuta ehtiyatlarına mənfi təsir edə bilər. Həm də Mərkəzi Bank onsuz da korrekt olan valyuta ehtiyatlarına toxunmamağı hədəfləyib. Əlavə 20 milyonun haradan maliyyələşməsinə gəlincə, bank mənbələri bununla bağlı 2 versiya irəli sürürlər.

Versiyalardan biri budur ki, Mərkəzi Bank ötən hərraclar zamanı çıxarılan və satılmayan 35 milyon dollardan qalan, ehtiyat şəklində saxlanılan vəsaiti indi, lazım olduğu üçün hərraca daxil edir.
İkinci versiya isə bundan ibarətdir ki, Mərkəzi Bank Neft Fondundan edilən 4,2 milyard dollar tranşdan da istifadə edə bilər. 

Tarix

Mərkəzi Bank tərəfindən hərracda təqdim olunan məbləğin həcmi

Hərrac məzənnəsi

Dinamika

Satılan valyutanın həcmi ($)

Hərracdan kənar satılan valyutanın həcmi ($)

Mərkəzi Bankın sabahkı günə təyyin etdiyi məzənnə

02.02.2017

35.000.000

1.9111

- 0.0089

24.170.000

-

1.9111

07.02.2017

35.000.000

  1. 8251

- 0.0860

12.660.000

-

  1. 8252

09.02.2017

35.000.000

  1. 7301

- 0.0950

6.730.000

-

  1. 7301

14.02.2017

35.000.000

  1. 7296

- 0.0005

35.000.000

-

  1. 7296

16.02.2017

35.000.000

  1. 7352

+ 0.0055

35.000.000

16.000.000

1.7352

21.02.2017

35.000.000

  1. 7447

+ 0.0095

35.000.000

20.000.000

1.7447

ИТОГО

210.000.000

-

-

148.560.000