2 qardaş bibini döyüb xəstəxanalıq etdilər

2-qardas-bibini-doyub-xestexanaliq-etdiler
Oxunma sayı: 1980

Bu gün axşam saatlarında Salyanın Qaraşala qəsəbəsində qadın döyülüb.

QafqazinfoReport-a istinadən xəbər verir ki, 56 yaşlı qəsəbə sakini Zərqələm Mirzağa qızı Əliyeva baş və üz, hər iki bazu sağrı nahiyələrinin zədələnməsi və digər bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən qadına ilk tibbi yardım göstərilib. Zərərçəkən ona Natiq və Cavad adlı qardaşı uşaqlarının xəsarət yetirdiklərini bildirib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.