“07” 56 yaşlı qadını vurdu

07-56-yasli-qadini-vurdu
Oxunma sayı: 654

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından Report-a verilən məlumata görə, vurulan şəxs 1960–cı il təvəllüdlü Xaçmaz şəhər sakini Sevil Davud qızı Qonaqovadır.

Məlumata görə, qadını xəstəxanaya "təcili yardım" maşını gətirilib. Sevil Qonaqova orta ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Gəndob-Yalama yolunun Xaçmaz ərazisindən keçən 25–ci km-də baş verib. Qadını yolu keçmək istəyərkən Xaçmazın Əhmədoba kənd sakini Pərviz Xıdırov tərəfindən idarə olunan "VAZ-2107" markalı avtomobil vurub.

Hadisə yerinə Xaçmaz polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.