Şəhid polkovnikin xatirə lövhəsi qoyuldu

sehid-polkovnikin-xatire-lovhesi-qoyuldu
Oxunma sayı: 2601

Aprel döyüşlərində şəhid olan milli ordumuzun polkovnik-leytenantı Sənan Axundovun yaşadığı binanın qarşısına onun xatirə lövhəsi qoyulub.

Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Binəqədi rayon İcra başçısının müavini Vüsar İsmayılav, Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva, 2 saylı İƏD üzrə nümayəndə Ləman Əliyeva, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, MN-nın əməkdaşı polkovnik-leytenant Vüqar Abduləzimov və digərləri çıxış edib. Sonda şəhidin atası, təqaütdə olan hərbiçi Tahir Axundov tədbir iştrakçılarına minnətdarlığını bildirib.