Zerrin Özerin canlı yayımda halı pisləşdi

zerrin-ozerin-canli-yayimda-hali-pislesdi
Oxunma sayı: 1420

Türkiyənin korifey müğənnilərindən biri olan Zerrin Özerin dünən canlı yayımda vəziyyəti pisləşib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcısı olduğu “Xatirələrinlə gəl” adlı teleproqramda təzyiqi düşən sənətçi təcili yardımla özəl xəstəxanalardan birinə çatdırılıb. Xəstəxanada 1 saat qalan müğənni daha sonra evinə göndərilib.

Vəziyyətinin normal olduğunu deyən Zerrin Özer həkimlərin ona istirahət etməyi məsləhət gördüyünü bildirib:

“Onsuz da, həftənin 1 günü proqram aparıram, qalan vaxtı istirahət edirəm. Çox şükür canlı yayımda vəziyyəti bir az da olsa ələ ala bildim”.

Günel Hacı