Zərrabla Gündeş də boşanır - “Mənə təzyiq edilib”

zerrabla-gundes-de-bosanir-
Oxunma sayı: 15127

ABŞ-da məhkumluq həyatı yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrabla məşhur türkiyəli müğənni Ebru Gündeş boşanır.

Qafqazinfo”nun CNN Türk-ə istinadən məlumatına görə, bu barədə mətbuata Zərrab özü açıqlama verib. O qeyd edib ki, boşanmaq birbaşa Gündeşin təşəbbüsüdür:

“Ebru Gündəş 13 sentyabrda mənə vəkili vasitəsilə boşanmaq istədiyini bildirib. Boşanma prosesinin tez bitməsi üçün mənə təzyiq də edilib və 23 sentyabrda boşanma ərizəsini rəsmən göndəriblər.

Bu sıxıntılı vəziyyətimə baxmayaraq həyat yoldaşımın bu qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bəyan edirəm”.

Xatırladaq ki, Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə ittiham olunur.