Yaşar nişanı qaytardı - “Yola getmədik...”

yasar-nisani-qaytardi
Oxunma sayı: 4827

Müğənni Yaşar Cəlilov nişanını qaytarıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda müğənnin özü sosial şəbəkədə məlumat yayıb.

“Bir xəbəri nəzərinizə çatdırmaq istəyirəm ki, artıq nişanlı deyiləm. “Nişanı sənmi qaytardın, yoxsa o ?” kimi suallar verməyin. Mən sadəcə xəbər vermək istədim. Alınmadı, yola getmədik və ayrılmaq qərarına gəldik. Hamıya xoşbəxt olmağı arzu edirəm”.

Müğənni son olaraq izləyicilərinə gələn ilin may ayınadək evlənəcəyinə söz verib.

Qeyd edək ki, Yaşar Cəlilov ötən ay jurnalist xanımla nişanlanmışdı. Cütlük toyun tarixini də 28 dekabra təyin etmişdi.