“Xəzər”də bu veriliş bağlandı, aparıcı işdən çıxdı - Fotolar

xezerde-bu-verilis-baglandi-aparici-isden-cixdi
Oxunma sayı: 11590

Xəzər TV-də yayımlanan “Star life” maqazin verilişinin aparıcısı Sahibə Nəzərova işdən ayrılıb.

Qafqazinfo” xəbər verir ki, sözügedən şou proqramı yayımdan qaldırılıb.

“Star life” verilişini isə “Xəzər maqazin” adlı proqram əvəzləyəcək.

S. Nəzərova “Qafqazinfo”ya açıqlamasında kanaldan getməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Aparıcı həftə içi hər gün ATV-də yayımlanacaq “Məryəm” adlı serialın baş rollarından birini ifa edəcək.

Elvin Elxan