“Xəstəliyin qayıtmasına görə şokdayam” - Şahinin xanımı

xesteliyin-qayitmasina-gore-sokdayam
Oxunma sayı: 6170

Xərçən xəstəliyinə yoluxan rejissor Şahin Zəkizadənin səhhəti yenidən pisləşib.

Qafqazinfo” xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bildirib.

S. Zəkizadə qeyd edib ki, Şahin tez bir zamanda əməlyyat olunmalıdır:

“Çox pis xəbər aldım. Bir neçə gün öncə Şahin 3-cü kurs müalicəsinə başlayıb. Bu gün kimyaterapiyaya başlamaq üçün analiz götürdülər. Amma analizlərin cavabı ürəkaçan olmadı. Xəstəliyi yenidən qayıdıb. Leykosit və limfositlər normadan çox çıxıb.

Həkimlər sabah sümük iliyindən analiz götürəcəklər. İnşallah, sümüyə keçməyib. Həkimlər deyirlər tez bir zamanda əməliyyat olunmalıdır. Xəstəliyin qayıtmasına görə şokdayam".