Xatirənin ayağı çıxdı - Yağışa görə + Foto

xatirenin-ayagi-cixdi
Oxunma sayı: 9258

Müğənni Xatirə İslamın başına iş gəlib.

Qafqazinfo” xəbər verir ki, sənətçi sosial şəbəkədə ayağı sarıqlı şəkildə çəkilmiş fotosunu paylaşıb və heç bir şərh verməyib.

Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün X. İslamla əlaqə saxlayıb.

İfaçı bildirib ki, ötən gün ehtiyatsızlıqdan ayağı çıxıb:

“Dünən güclü yağış yağırdı. Mən isə tələsik gözəllik salonuna gedirdim. Yerdə “lyuk”un üstü su idi, görmədim. Sürüşdüm, ayağım “lyuk”un içinə girdi, topuqdan çıxdı. Həkimə getdik, indi səhhətim normaldır”.