Xanbabayevanın məşhur mahnısının yeni rimeyki - Audio

xanbabayevanin-meshur-mahnisinin-yeni-rimeyki
Oxunma sayı: 2303

Xalq artisti Zülfiyyə Xanbabayeva məşhur “Sən gedən gündən” hitinin rimeykini təqdim edib.

Qafqazinfo” xəbər verir ki, artıq musiqi parçası müğənninin rəsmi “youtube” səhifəsində yayımlanıb.

İfaçı öz yaradıcılığında ən əlamətdar mahnılardan birinə yenidən müraciət etməklə tamaşaçıları 16 il əvvələ - XXI əsrin başlanğıcına qaytarıb.

Xatırladaq ki, həmin mahnı 2001-ci ildə “İlin mahnısı” elan edilib, Fuad Əlişovun musiqi parçasına çəkdiyi klip isə “İlin klipi” nominasiyasında “Humay” milli mükafatı ilə təltif olunub.