“Vəhşi mələk” tanınmaz halda - Fotolar

vehsi-melek-taninmaz-halda
Oxunma sayı: 7649

90-cı illərdə “Vəhşi mələk” (“Dikiy anqel”) serialında Mariya obrazı ilə məşhurlaşan uruqvaylı aktrisa və müğənni Nataliya Oreyronun xarici görünüşündəki dəyişikliyi diqqət cəlb edir.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa 38-ci Moskva beynəlxalq  kinofestivalı çərçivəsində “Bizim Nataşa” (“Naşa Nataşa”) filminin premyerasına qatılıb.

Filmdə Nataliya və onun ruslarla münasibətindən bəhs olunur.

 Bir il sonra 40 yaşı tamam olacaq aktrisa təbii ki, dəyişib. Onun da göz ətrafında qırışlar yaranıb. Lakin Oreyro onları iynə ilə gizlətmir.

Qırışlara baxmayaraq o, daha da gözəlləşib və daha da cəlbedici olub.