“Uzun müddətdir ki, psixoloq yanına gedirəm” - Serenay Sarıkaya

uzun-muddetdir-ki-psixoloq-yanina-gedirem
Oxunma sayı: 3258

Türkiyəli aktrisa Serenay Sarıkaya həyatı və karyerası ilə bağlı “Hurriyet” qəzetinə müsahibə verib.

Qafqazinfo”nun məlumatına görə, sənətçi 10 ildir aktrisa kimi film və seriallarda çəkildiyini, lakin bu illərin heç də asan keçmədiyini dilə gətirib.

“Gördüyünüz iş nə qədər asan, rəngli görünsə də, elə deyil. Mübarizə heç bitmir. Hər kəs bir-birilə sanki yarışa girib. Bu qədər şöhrət qazanmağıma baxmayaraq həyatda daima sadə və təvazökar olmağa və elə yaşamağa çalışıram. Həm də hədəfim məşhur olmaq deyil. Aktrisalığı beynimə o qədər həkk etmişəm ki, əsas istəyim bu sahədə yaxşı olmaqdır. Gördüyüm işlərə görə qazandığım populyarlıq isə mənim üçün ikinci gəlir”.

S. Sarıkaya bildirib ki, uzun müddətdir ki, psixoloji kömək alır: “Hər sağlıqlı insanın da bunu etməli olduğuna inanıram. Aktyorluq sizi real dünyadan ayıran bir şeydir. Düşünün ki, iki il ərzində bir filmdə çəkilir, ordakı obrazı canlandırırsınız. Özünüzdən asılı olmayaraq həyatda da az-maz o rola girirsiniz. Bu sənət bəzən insanda reallıq düşüncəsinin yox olmasına gətirib çıxarır”.