Uşaq hələ doğulmayıb, şərəfinə parti verdi - Fotolar

usaq-hele-dogulmayib-serefine-parti-verdi
Oxunma sayı: 3606

İkinci dəfə ana olmağa hazırlaşan aktrisa Pelin Karahan hələ doğulmayan körpəsi üçün parti təşkil edib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın yaxınlarının iştirak etdiyi tədbirdə hər şey mavi rəngdə olub.

O, sosial şəbəkələrdə fotoları #Cangeliyor haştaqı ilə paylaşıb.

Qeyd edək ki, Pelinin Əli Dəmir adlı bir oğlu var, ikinci uşağa isə Can Eyüp adını qoyacaq.