“Uşağımız oldu, evli olduğu üçün ayrıldım...” - Brilliantın bacısı + Video

usagimiz-oldu-evli-oldugu-ucun-ayrildim
Oxunma sayı: 11870

Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama edib.

“Qafqazinfo”nun məlumatına görə, Zuhal Topal proqramda Sədaqət Dadaşovaya “27 il əvvəl yarımçıq qalan sevgi hekayəniz olub?”,- sualını verib.

64 yaşlı iştirakçı isə  “Bəli, 27 il əvvəl yarımçıq sevgi yaşamışam. Amma davamı gəlmədi”,- cavabını verib.

Sədaqət Dadaşova həmin şəxslə 7 il sevgili olduğunu bildirib:

“Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”.

Zuhal Topal sözügedən şəxsin onunla əlaqə saxladığını, Sədaqət xanımı efirdə görəndə ürəyi getdiyini bildirib.